Koman qol vurdu, “Bavariya” 3-cü oldu

“Bavariya” UEFA Çempionlar Liqasının final oyununda PSJ-yə 1:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, Münhen klubunun qələbə qolunu oyunun 59-cu dəqiqəsində Kinqsli Koman vurub. Bu, “Bavariya”nın turnirdəki 500-cü qolu olub. Bununla da, “Bavariya” qitənin ən nüfuzlu klub turniri tarixində ən çox qol vuran 3-cü komanda olub. Onlar bu göstəricidə 567 qol vuran “Real”dan və 517 qolla yadda qalan “Barselona”dan geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button