“Vidalın “Barselona”dan ayrılması məsələsinə gəlincə…” – Valverde

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde komandadan ayrılacağı deyilən Arturo Vidalla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun klubdan borclara görə şikayət etməsindən danışan 55 yaşlı mütəxəssis, onun gələcəyi haqqında da açıqlama verib:

“Müqavilə və onun detalları Vidalla klub arasında olan məsələdir. Bu vəziyyətin onun idmançı prinsiplərinə təsir edəcəyini düşünmürəm. O, hər zaman olduğu kimi, yaxşı şəkildə çalışmağa davam edir. Əminəm ki, klubla aralarında olan məsələni də həll edəcəklər.

Vidalın “Barselona”dan ayrılması məsələsinə gəlincə, Karles Alenyadan başqa, heç kim ayrılmayacaq. Komanda eyni futbolçularla davam edəcək”.

Keçən mövsümdən ona olan borcuna görə “Barselona”dan La Liqa rəhbərliyinə şikayət edən Vidalın “İnter”ə transfer olunacağı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button