KL: Mahirin komandasından inamlı qələbə

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

Türkiyənin “Fənərbaxça” klubu Belçikada “Yunion”a qalib gəlib. Qonaq komanda 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su öz meydanında PAOK-u məğlub edib. Zədəli Mahirin forma geyinmədiyi qarşılaşmanı azərbaycanlı hakim Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Görüş zaqreblilərin 2:0 üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab matçları 14-də keçiriləcək.

Konfrans Liqası
1/8 finalın ilk oyunları
7 mart

Ayaks (Niderland) – Aston Villa (İngiltərə) 0:0

Molde (Norveç) – Brügge (Belçika) 2:1
Qollar: H.Stenevik, 43, F.Qulbrandsen, 90+2 – M.De Kuyper, 85

Olimpiakos (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail) 1:4
Qollar: A.El Kaabi, 13 – E.Zahavi, 4, 30, İ.Şahar, 9, D.Perets, 74

Şturm (Avstriya) – Lill (Fransa) 0:3
Qollar: C.Devid, 28, 51, E.Jerqova, 71

Dinamo (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) 2:0
Qollar: B.Petkoviç, 37, 71

Makkabi (Hayfa, İsrail) – Fiorentina (İtaliya) 3:4
Qollar: A.Sek, 12 Q.Kinda, 29, A,Xalaili, 67  – M.Ntsola, 2, L.Beltran, 59, R,Mandraqora, 73, A.Barak, 90+5

Yunion (Belçika) – Fənərbağça (Türkiyə) 0:3
Qollar: M.Batşuayi, 20, Y.Ostervolde, 84, D.Tadiç, 90+4 (pen.)

Servett (İsveçrə) – Viktoriya (Çexiya) 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button