“Mərhələ keçmək üçün sona qədər mükəmməl oynamalıyıq” – AEL-in futbolçusu

Kiprin AEL komandasının futbolçusu Euller Silva Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Kipr mətbuatına danışan braziliyalı futbolçu, məqsədlərinin növbəti mərhələyə vəsiqə qazanmaq olduğunu deyib:

“Məqsədimiz səfərdə çox yaxşı oynamaq və növbəti mərhələyə vəsiqə qazanmaqdır. Möhtəşəm komanda ilə qarşılaşacağıq. Mərhələ keçmək üçün sona qədər mükəmməl oynamalıyıq”.

Avqustun 12-də keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button