Kipr millisinin üzvü Azərbaycana gəlməyəcək

Kipr millisinin futbolçusu Nikolas İoannu Çexiya ilə yoldaşlıq, Lüksemburq və Azərbaycanla isə UEFA Millətlər Liqasının oyunlarında iştirak edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. 24 yaşlı müdafiəçi ölkəsinə gələ bilmədiyi üçün yığmanın oyunlarını buraxmalı olacaq.

İonannu hazırda İngiltərənin “Nottinqem Forest” klubunda çıxış edir. Müdafiəçi Kiprə gələ bilmədiyi üçün yığmanın baş məşqçisi Yohan Valem onu başqa futbolçu ilə əvəzləyəcək.

Kipr millisi yoxlama oyununda oktyabrın 7-də Çexiya ilə, Millətlər Liqası çərçivəsində 10-da Lüksemburqla evdə, 13-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button