Almaniya millisində “Naqelsmann” səsləri

“Bayern”in yarımmüdafiəçiləri Yozua Kimmix və Leon Qoretska, Hans-Diter Flikin istefasından sonra Yulian Naqelsmannın Almaniya millisinə rəhbərlik etməsini istəyirlər.

Komanda.az “Sport 1”-ə istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası hazırda milli komandaya yeni baş məşqçi axtarır.

Daha əvvəl bildirilib ki, bu posta əsas namizədlər Lui van Qal, Feliks Maqat, Mattias Sammer və Yulian Naqelsmanndır. Ən çox üstünlük verilən variant kimi Naqelsmannın adı çəkilir.

Almaniya millisinin Kimmix və Qoretska kimi bəzi oyunçuları yığmanın “sükanı arxasına” Naqelsmannın keçməli olduğunu bildiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button