“Keşlə” Bakıda da uduzdu, mübarizəni dayandırdı

“Keşlə” komandası bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi 2-ci mərhələnin cavab oyunu çərçivəsində Rusiyanın “Soçi” komandasını qəbul edib. “ASK Arena”da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Nəticədə “Keşlə” Konfrans Liqası ilə erkən vidalaşıb.

Komandalar arasında Rusiyada baş tutan ilk matçda “Keşlə” 0:3 hesabıyla uduzmuşdu.

Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunu

29 iyul

Keşlə – Soçi (Rusiya) 2:4
Qol: F.Santos, 35. R.Hacıyev, 52 – M.Duqandjiç, 21; 82. N.Burmistrov, 38. T.Marqasov, 70.
Baş hakim:
Viktor Şimusik (Belarus)
İlk oyun 0:3

Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev (k), 4. Şəhriyar Əliyev, 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 17. Omar Qudiabi, 19. Azər Salahlı, 21. Miyuşko Boyoviç, 72. Aldair Neto, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 27. Əkbər Vəliyev, 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 8. Tural Axundov, 14. Turan Vəlizadə, 18. Ruslan Əmircanov, 22. Elçin Mustafayev, 29. Amil Yunanov, 50. Samir Abdullayev, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Sənan Qurbanov.

Soçi: 12. Nikolay Zabolotnı, 5. Rodriqao, 7. Dmitri Vorobyev, 9. Marko Duqandjiç, 13. Sergey Terexov, 15. İbrahim Tsallaqov (k), 18. Nikita Burmistrov, 19. Bekanti Viktorien Anqban, 20. İqor Yurqanov, 34. Timofey Marqasov, 87. Danila Proxin.
Ehtiyat oyunçular: 1. Denis Adamov, 4. Mateo Baraç, 10. Maksim Barsov, 17. Maksim Kolmakov, 24. Emanuel Mammana, 27. Kiril Zayka.
Baş məşqçi: Vladimir Fedotov.