Keçmiş futbolçu ilə Ronaldonun söhbəti

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 3-cü turunun “Liverpul”la oyunundan (2:1) əvvəl komandanın sabiq futbolçusu Roy Kinlə danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Kin, 37 yaşlı futbolçudan niyə əsas heyətdə yer almadığını soruşub.

“Mənim nə etməyimi istəyirsən?” – deyə, keçmiş futbolçu Ronaldodan soruşub.

Ronaldo “Liverpul”la matçda cəmi dörd dəqiqə meydanda olub.

Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. Daha sonra o, “Real” və “Yuventus”da oynayıb, 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb. Tərəflər arasında müqavilə bu mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button