“Mançester Yunayted”i izləməyə davam edəcəm”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro klubdan ayrıldıqdan sonra da komandanı izləməyə davam edəcəyini bildirib.

Yanvarda elan edilmişdi ki, braziliyalı futbolçunun yayda müddəti bitəcək müqaviləsi yenilənməyəcək.

Komanda.az İngiltərə mediasına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi klubdan ayrıldıqdan sonra “qırmızı şeytanlar”ın daha bir azarkeş qazanacağını deyib:

“Əlbəttə ki, mən həmişə “Mançester Yunayted”in oyunlarını diqqətdə saxlayacaq və komandanı izləməyə davam edəcəm. Daha əvvəl dediyim kimi, mən ayrıldıqdan sonra “qırmızı şeytanlar” daha bir azarkeş qazanacaq”.

Kazemiro 2022-ci ilin avqustundan bəri “Mançester Yunayted”də çıxış edir. O, bu komandada ümumilikdə 155 oyun keçirib, 24 qol vurub və 14 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button