Kazemiro Avropanı tərk etmək istəmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını Avropada davam etdirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

34 yaşlı futbolçu “qırmızı şeytanlar”ı tərk edəcəyi halda, Avropanın TOP-5 liqalarından birində çıxış edən kluba keçmək istəyir.

O, uyğun variant tapa bilməsə, ABŞ və ya Səudiyyə Ərəbistanına transfer ehtimalını da nəzərdən keçirəcək. Hər iki ölkənin klubları onu heyətinə qatmaqda maraqlıdır.

Braziliyalı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, 2022-ci ilin yayından bu komandada çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button