Kazemiro ABŞ klubları ilə danışıq aparır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro MLS klubları ilə fəal danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı oyunçu üçün əsas namizəd “Los-Anceles”dir.

“Qırmızı şeytanlar”ın rəhbərliyi heyətdə dəyişiklik qərarı verərək yüksək maaşlı və daha yaşlı oyunçulardan imtina edir. Kazemiro da özü başa düşür ki, İngiltərədəki karyerası sona yaxınlaşır. “Mançester Yunayted” yanvarın 22-də onun mövsümün sonunda komandadan ayrılacağını rəsmən elan edib.

33 yaşlı futbolçu 2022-ci ildə “Real”dan transfer olunub və klubda çıxış etdiyi müddətdə 146 matçda 21 qol vurub, 13 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button