Kavani İtaliyaya qayıdır

“Mancester Yunayted”in hücumçusu Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, uruqvaylı hücumçu “İnter”in maraq dairəsindədir. Kavani bu yay Milan klubu ilə müqavilə imzalaya bilər.

35 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi üç aydan sonra başa çatacağı üçün o, azad agent kimi “İnter” keçə bilər.

“İnter” Kavanini Aleksis Sançesin mümkün əvəzləyicisi kimi görür.

Kavani əvvəllər İtaliyada “Palermo”, “Napoli” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button