
Karrik: “Bu, ən yaxşı oyunumuz deyildi”
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Premyer Liqada “Vest Hem”lə 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.
“Qırmızı şeytanlar” məğlubiyyətdən son anda xilas olublar. Komandaya bir xalı 96-cı dəqiqədə fərqlənən Benjamin Şeşkonun qolu qazandırıb.
Komanda.az xəbər verir ki, Karrik oyundan sonra “TNT Sports”-a açıqlamasında komandasının ən yaxşı performansını göstərmədiyini etiraf edib:
“Şübhəsiz ki, bu, ən yaxşı oyunumuz deyildi və bu, məyusedicidir. “Vest Hem”in meydanında oynamaq çox çətindir. Qələbə qazanmaq üçün bizə kəskinlik çatmadı. Komandanın əhval-ruhiyyəsi yüksək olaraq qalır, irəli baxmalıyıq. Bu gün çətin oldu, amma yenə də bir xal qazandıq. Müsbət məqamlar üzərində fokuslanmağa çalışacağıq”.
“Mançester Yunayted” bu nəticədən sonra Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsindəki yerini qoruyub.
Bizi Facebook-da izləyin



