Kapello avrokuboklardan kənarda qalmağı keçmiş klubu üçün üstünlük sayır

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello hesab edir ki, bu mövsüm Avropanın klub turnirlərində iştirak etməmək “qırmızı-qaralar” üçün üstünlükdür.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis artıq bu turnirlərin intensivliyinin azalacağını, bəziləri üçünsə mövsümün tamamilə başa çatacağını bildirib:

“Əlbəttə, üstünlük qalır. Burada yalnız “Napoli” və “İnter”dən danışmırıq, “Yuventus”la “Roma” da “Milan”ın gələcək mövsüm UEFA Çempionlar Liqasında iştirakı üçün rəqibləridir”.

O, həmçinin, vurğulayıb ki, “Milan”ın diqqətini yalnız A Seriyası oyunlarına yönəltməsi komandaya taktiki üstünlük qazandırır.

“Milan” ölkə çempionatının növbəti turunda səfərdə “Komо” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button