“Kanselo fantastik oyunçudur”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik bazar günü La Liqada “Levante” ilə oyunda (3:0) müdafiəçi Joao Kanselonun oyununu yüksək qiymətləndirib. Portuqaliyalı futbolçu Kataloniya komandasının start heyətində meydana çıxıb və final fitinə qədər oynayıb. O, 32-ci dəqiqədə komandanın matçdakı ikinci qolunu vuran Frenki de Yonqa qol ötürməsi edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, portuqaliyalı oyunçu haqda bunları deyib:

“Kanselo əla oyun keçirdi. O, fantastik oyunçudur və gələcəkdə bizim üçün əla vasitə olacaq”.

31 yaşlı müdafiəçi qış transfer pəncərəsində icarə əsasında “Əl-Hilal”dan “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button