“Kanselo “Barselona”ya çox kömək olacaq”

“Əl-Nəsr”in müdafiəçisi İniqo Martines “Əl-Hilal”ın oyunçusu Joao Kanselonun “Barselona”ya gözlənilən transferi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu bunu söyləyib:

“Mən Kanselo ilə eyni mənzil kompleksində yaşayıram və o, mənə “Barselona”ya qoşulmağı planlaşdırdığını dedi. O, artıq 2023-cü ildə bir araya gələndə nə qədər yaxşı olduğunu göstərib. Kanselo çox dəyərlidir və komandaya çox kömək olacaq”.

“Barselona”nın prezidenti Xuan Laporta bu yaxınlarda Kanselonun tezliklə tibbi müayinədən keçəcəyini və transferini başa çatdıracağını təsdiqləyib.

31 yaşlı portuqaliyalı futbolçu 2023/24 mövsümünün bir hissəsini Kataloniya klubunda icarə əsasında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button