Kamran Quliyev: “Olimpiakos” favoritdir, amma…”

“Neftçi”nin prezidenti Kamran Quliyev Yunanıstan mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Olimpiakos”a qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb:

“Olimpiakos” Yunanıstanın ən böyük komandasıdır. Biz bu komandanı UEFA Çempionlar Liqasının qrup mərhələsindəki çıxışlarından yaxşı tanırıq. Yunanıstan klubu bizimlə oyunların favoritidir. Amma futbolda gərək heç vaxt “heç vaxt” deməyəsən. Bu rəqiblə oyunlar bizim üçün böyük sınaq olacaq. Layiqli nəticə qazanmaq üçün bütün gücümüzü sərf edəcəyik”.

Quliyev rəqib komandadan heç bir futbolçunu tanımadığını bildirib: “Adları ilə kimisə tanımıram. Amma əslində bu, baş məşqçimiz Samir Abasova aid olan məsələdir. O, çox yaxşı işlər görür”.

“Neftçi”nin preziedenti “Olimpiakos”la cavab matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə ehtiyac duymadıqlarını da sözlərinə əlavə edib: “Xeyr, biz bu rəqiblə cavab matçını da 8-ci km stadionunda keçirəcəyik. Bu stadion 11 min azarkeş tutumuna malikdir, amma tribunalara yalnız 50 faiz azarkeş buraxılır”.

Quliyev bu mövsüm üçün hədəflərindən də söz açıb: “Əlbəttə, əsas hədəflərdən biri yenidən liderliyimizi qoruyub saxlamaqdır. Rəqiblərimiz çempion komandaya qarşı daha ciddi hazırlaşacaqlar ki, bu da bizim işimizi çətinləşdirəcək. Amma biz yenidən çempion olmağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button