Koronavirus əleyhinə peyvənd mərkəzi ola bilər – “Kamp Nou”

İspaniyanın “Barselona” klubunun ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionu vaksinasiya mərkəzinə çevrilə bilər.

Komanda.az xəbər verir ki, bununla bağlı Kataloniya Səhiyyə Departamenti kluba müraciət edib. Qurum, klubdan stadionu müvəqqəti olaraq koronavirus əleyhinə peyvənd mərkəzi kimi işlədilməsini təmin etməsini xahiş edib. Məsələylə bağlı klubla ilk müzakirələr də aparılıb.

Bu məsələ ilə bağlı son qərarı martın 7-də seçiləcək “Barselona”nın yeni prezidenti verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button