Kalafiori vətəninə dönə bilər

“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori karyerasını yenidən vətənində davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” italiyalı futbolçu ilə ciddi şəkildə maraqlanır. Komandanın baş məşqçisi Antonio Konte artıq yay transfer pəncərəsi üçün heyəti gücləndirməyi planlaşdırır və Kalafiorini əsas hədəflərdən biri hesab edir.

“Arsenal” isə 23 yaşlı futbolçunu buraxmağa tələsmir. Bununla belə, London klubu ona daha çox oyun vaxtı verməyə də hazır deyil. Bu isə futbolçunun gələcəyi ilə bağlı sualları artırır.

Mümkün transferin detalları hələlik açıqlanmır və tərəflər arasında konkret danışıqların olub-olmaması barədə dəqiq məlumat yoxdur. Kalafiorinin vəziyyətini İtaliyanın digər aparıcı klubları da diqqətlə izləyir.

O, “Arsenal”a 2024-cü ildə “Bolonya”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button