“Kəpəz”in yoxlama matçı ləğv olunub

Premyer Liqa təmsilçisi “Kəpəz”in 1-ci Liqa klubu “İmişli” ilə sabaha planlaşdırılan yoxlama oyunu ləğv edilib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.

Daha əvvəl “Şamaxı” və “Araz Saatlı” klubları arasında bu günə planlaşdırılmış sınaq görüşü də əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button