İtalyanlar açıqladı: İquayn “Çelsi”də

“Çelsi”nin müqaviləylə “Yuventus”a məxsus olan, lakin icarə əsasında “Milan”da çıxış edən Qonsalo İquaynı transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatı “zadəganlar”ın argentinalı forvard üçün “Yuventus”la razılığa gəldiyini iddia edib.

İquaynın cari mövsümün sonuna qədər “Çelsi”də oynayacağı bildirilir.

Mövsümün əvvəlində icarə əsasında “Milan”a keçən İquayn, 22 qarşılaşmada iştirak edərək, 8 qol vurub.