“İnter”lə oyundan əvvəl koronavirusa 5 yoluxma

İtaliyanın “Venetsiya” klubunun 5 üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların adları və vəzifələri açıqlanmayıb.

“Venetsiya” A Seriyasının 22-ci turunda səfərdə bu gün “İnter”lə qarşılaşacaq. Matç saat 21:00-da başlayacaq.