“Milan” onun transfer hüquqlarını “Çelsi”dən aldı

İtaliyanın “Milan” klubu son mövsümü icarə əsasında komandada keçirən Fikayo Tomorinin transfer hüquqlarını “Çelsi”dən alıb.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb. “Milan” 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

İtaliya klubu Tomori üçün “Çelsi”yə 28 milyon avro ödəyəcək.

Bu ilin yanvarında icarə əsasında “Milan”a keçən Tomori A Seriyasında 17 oyuna çıxıb.