İtaliya klubu baş məşqçisini qovdu – 2-ci dəfə

İtaliyanın “Breşiya” klubu baş məşqçisi Eucenio Korini ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Korini ikinci dəfədir ki, “Breşiya”dan qovulur. O, 2019-cu ilin noyabrında da A Seriyası klubundan qovulmuş, dekabrda yenidən komandaya gətirilmişdi.

“Breşiya” A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button