Yorulmaq bilməyən Buffon

İtaliya millisinin və “İnter”in sabiq futbolçusu Antonio Kassano “Yuventus”un 42 yaşlı qapıçısı Canluici Buffonla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “instagram” hesabından canlı yayım edən 37 yaşlı sabiq futbolçu, Buffonun 2022-ci ildə keçiriləcək dünya çempionatında iştirak etmək istədiyini bildirib:

“Buffonun növbəti ildə də oynamasına təəccüblənmək lazım deyil. O, DÇ-2022-də iştirak etmək istəyir. Bu, onun karyerasındakı altıncı dünya çempionatı olacaq. Onun futbolda daha bir il keçirib, karyerasına davam edəcəyinə inanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button