İtaliyada mövsümün ən yaxşı baş məşqçisi açıqlandı

İtaliya A Seriyasında 2023/2024 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu ada “İnter”ə rəhbərlik edən Simone İnzaqi layiq görülüb.

Mütəxəssis cari mövsüm komanda ilə ölkə çempionu olub. Milan təmsilçisi A Seriyasında 37 matçda 29 qələbə qazanıb, 6 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib. “İnter” sona beş tur qalmış çempionluğu təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button