AÇ-2020: “Son oyundur, əlimizdən gələni edəcəyik” – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin finalı çərçivəsində İngiltərəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Mançini, qələbə üçün əllərindən gələni edəcəklərini deyib:

“Mükəmməl oynamalıyıq. Yeganə düşüncəmiz budur. Bu bir futboldur. İngiltərə yığmasının möhtəşəm futbolçuları var. Biz də güclüyük. Ümid edirəm ki, çempion biz olacağıq.

Sakit qalmalıyıq. Diqqətimizi oyuna verməli və bacardıqlarımızı etməliyik. Son oyundur, əlimizdən gələni edəcəyik”.

Bu gün keçiriləcək İngiltərə – İtaliya matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button