İtaliya klubunda koronavirusa yoluxma

İtaliyanın “Verona” klubunda koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə A Seriyasının 24-cü turu çərçivəsində “Yuventus”la oyundan öncə klub kollektivindən götürülmüş COVİD-19 testlərindən birinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxmuş şəxsin kimliyi açıqlanmır.

Qeyd edək ki, bu gün keçiriləcək “Verona” – “Yuventus” matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button