A Seriyasını tərk edəcək ilk klub bilindi

İtaliya A Seriyasını tərk edəcək ilk klub bəlli olub.

Komanda.az xəbər verir ki, bu, turnir cədvəlinin sonuncu – 20-ci sırasında qərarlaşan “Krotone”dir. A Seriyasının 34-cü turunda “İnter”ə uduzan “Krotone”nin sona 4 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

“Krotone” A Seriyasında 34 tura cəmi 18 xal toplaya bilib. Komanda yeni mövsümdə B Seriyasında mübarizə aparacaq.