“Bazel”in 2 futbolçusu “Qarabağ”la oyunu buraxacaq

İsveçrənin “Bazel” komandası Konfrans Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”ı qəbul edəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə təmsilçisi sözügedən oyunda 2 futbolçusunun köməyindən istifadə edə bilməyəcək.

“Bazel”in heyətində zədəli olan Andrea Padula və Sebastyano Espozito “Qarabağ”la oyunu buraxacaq.

Dekabrın 9-da gerçəkləşəcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.