
“İstədiyimiz performans hələ ki, yoxdur” – Füzuli Məmmədov
“Karvan-Yevlax”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Futbolçularımız ilk oyunda yaxşı oyun sərgilədilər. İkinci hissədə yorğunluq oldu. Yaxşı çıxış etdilər. Çalışdıq ki, məğlub olmayaq, lakin bu, oyundur. Bu gün məğlub olduq, oyunu təhlil edəcəyik. Qarşıdakı oyunlara daha güclü hazırlaşacağıq.
Komandanın heyətində yaxşı futbolçular var, lakin istədiyimiz performans hələ ki, yoxdur.
Hər oyun bizim üçün önəmlidir. Düşünürəm ki, oyundan oyuna komandamız daha yaxşı çıxış edəcək.
“Qarabağ” hər zaman yaxşı komandadır. Onlara uğurlar arzu edirəm, Çempionlar Liqasında çox yaxşı oyun sərgiləyirlər. Əvvəlki “Qarabağ”la indiki “Qarabağ” arasında çox fərq var. Güclü heyətləri, oyunçuları var”.
Nəzrin
Bizi Facebook-da izləyin



