İsrafilovlu “Alkorkon” doğma meydanda uduzdu

Futbol üzrə İspaniya Sequndasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kadis”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Hazırda 38 xala malik “Alkorkon” 22 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button