Eddi İsrafilov: 45 dəqiqə və 1 xal

Futbol üzrə İspaniya Sequndasında 39-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Almeriya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ayrılıb – 0:0.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Hazırda 52 xala malik “Alkorkon” 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button