İsrafilov oynamadı, “Alkorkon” uduzdu

Futbol üzrə İspaniya Sequndasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Malyorka” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.

İsrafilov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Hazırda 38 xala malik “Alkorkon” 22 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.