“Vilyarreal”da ciddi itki – Final matçını buraxa bilər

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Samuel Çukvueze sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin sol budunun rektuz əzələsində problem aşkarlanıb. Futbolçunun sağalma müddəti məlum deyil.

İspaniya mətbuatının xəbərinə görə, Çukvueze təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq. Nigeriyalı futbolçu mayın 26-da Avropa Liqasında “Mançester Yunayted”ə qarşı keçiriləcək final matçını buraxa bilər.

Çukvueze bu mövsüm “Vilyarreal”la 40 oyunda 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.