“Barselona”nın sabiq baş məşqçisi “Selta”da – rəsmi

İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Oskar Qarsiyaya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Baş məşqçi karyerası ərzində “Barselona”nın U-19 komandasını, “Uotford”u, “Sent-Etyen”i çalışdıran Qarsiyanın son iş yeri Yunanıstan “Olimpiakos”u olub.

“Selta” bir müddət əvvəl baş məşqçisi Fran Eskriba ilə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button