Alaba niyə “Real”ı seçib? – açıqlama

İspaniyanın “Real” klubunun yeni transferi David Alaba açıqlama verib.

Komanda.az xəbər verir ki, “Bild” nəşrinə danışan avstriyalı müdafiəçi “kral klubu”na keçmə səbəbini açıqlayıb:

“Bir çox klub mənimlə maraqlanırdı. Siyahının ilk pilləsində isə “Real” idi. “Bavariya” kimi “Real” da xüsusi tarixi olan böyük klublardandır. Burada möhtəşəm futbolçular var. İstəyirəm ki, uğurlarımı davam etdirim. Həyatımda yeni səhifə açdım. Daha da inkişaf etmək istəyirəm. Buna görə Madridə gəldim”.

“Bavariya”dan ayrılan Alaba “Real”la 5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button