“Real”ın 5 futbolçusu koronavirusdan sağaldı

İspaniyanın “Real” klubunun bir neçə futbolçusu koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisində Qaret Beyl, David Alaba, Luka Modriç, Rodriqo və Marselonun koronavirus testi neqativ çıxıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Real”da virusa yoluxanlardan Marko Asensio, İsko və Andrey Luninin test nəticələri isə pozitiv çıxıb.