Falkao üçün yeni müqavilə

İspaniyanın “Rayo Valyekano” klubu futbolçusu Radamel Falkaonun müqaviləsini yeniləmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb. Xəbərdə, La Liqa təmsilçisinin 35 yaşlı kolumbiyalı hücumçu ilə müqavilənin müddətini artırmaq niyyətində olduğu bildirilib.

Bu ilin sentyabrından “Rayo Valyekano”da çıxış edən Falkao, La Liqada 8 oyunda 5 qol vurub. Onun müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button