Kuman “Barselona”nı məhkəməyə verə bilər

İspaniyanın “Barselona” klubu bir müddət əvvəl istefaya göndərilən Ronald Kumana 12 milyon avro təzminat ödəməli olsa da, məbləği endirmək istəyir.

Komanda.az xəbər verir ki, maliyyə problemləri yaşayan Kataloniya təmsilçisi niderlandlı mütəxəssisə 7-8 milyon avro ödəmək niyyətindədir. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Kuman “Barselona” rəhbərliyinin bu fikrinə müsbət yanaşmır. O, 12 milyon avro olan təzminatı tam almaq istəyir.

“Barselona” keçmiş çalışdırıcısına bu məbləği ödəməzsə, Kuman klubu məhkəməyə verə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button