İsko “Real”dan ayrılır? – menecerdən açıqlama

İspaniyalı futbolçu İsko “Real”dan ayrılmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçinin meneceri Fransisko Alarkon İspaniya mətbuatına açıqlamasında deyib. O, hazırda təkliflərin olmadığını, amma İskonun başqa liqada çıxış etmək istədiyini bildirib:

“Hazırda heç bir təklif yoxdur. Ancaq İsko başqa liqada oynamaq istəyir. O, “Real”da qalsa belə, heç bir problem olmayacaq”.

2013-cü ildən “Real”da çıxış edən İskonun müqaviləsi 2022-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi ilə İngiltərənin “Arsenal” klubu maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button