“Barselona”nın hədəfindəki ispaniyalı futbolçu

“Barselona” “Jirona”nın yarımmüdafiəçisi Aleks Qarsiyanı transfer etmək istəyir. ​

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçunu yayda heyətinə qatmaq istəyir. Bu addım katalonların mövsümün sonundakı maliyyə vəziyyətindən asılı olacaq.

Qarsiya 2021-ci ildən “Jirona”da çıxış edir. O, bu mövsüm komandanın heyətində 22 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button