“İndi yaş sadəcə bir rəqəmdir” – İsko

“Sevilya”nın yarımmüdafiəçisi İsko İspaniya millisinin UEFA Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu fantastik nailiyyət adlandırıb:

“İspaniyanın Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanması fantastik nailiyyətdir. Mən həqiqətən şadam. İspaniya millisi əla komandadır. Mən orda olmaq istərdim.

Yaşa gəlincə, bilmirəm, 30 yaşa yüksək səviyyədə çıxış etmək üçün çox deyə bilərsizmi? Futbol inkişaf edib. İndi yaş sadəcə bir rəqəmdir. Luka Modriç bunun sübutudur”.

İsko bu yay “Real”dan “Sevilya”ya keçib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button