Makallister bu iki komandanı Argentina millisindən daha güclü sayır

“Liverpul”un və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister hazırda dünyanın ən güclüsü hesab etdiyi milli komandaların adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, favorit olaraq gördüyü iki yığmanın adını çəkib:

“Düşünürəm ki, İspaniya millisi hazırda bizdən üstündür. Məncə, İspaniya və Fransa yığması ən güclü iki komandadır. Amma biz də liderlər arasındayıq”.

Yarımmüdafiəçi Argentina millisiylə 2022-ci ildə dünya çempionluğunu qazanıb.

Argentina millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya yığmalarıyla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button