İspaniya millisində yeni baş məşqçi – RƏSMİ

Futbol üzrə İspaniya millisinin yeni baş məşqçisi məlum olub.

Komanda.az İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu post Luis de la Fuenteyə tapşırılıb.

61 yaşlı mütəxəssis bu gün istefa verən Luis Enrikeni əvəzləyib. Fuente ilə dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.

Fuente bunadək İspaniyanın U-21 yığmasının “sükanı arxasında” olub.

İspaniya millisi DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeşə uduzduğu üçün Luis Enrike ilə yollar ayrılıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button