“Azarkeşlər Gürcüstan millisini daha da cəsarətləndirirdi” – Enrike

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda səfərdə Gürcüstana qarşı keçirdikləri matçı şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Enrike, 2:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Bu oyun yunanlarla görüşə bənzəyirdi. Gürcüstan yığması çox yaxşı müdafiə olunurdu. Aydındır ki, komandamız gündən-günə inkişaf edir. Daha çox qol vura bilərdik. Azarkeşlər Gürcüstan millisini daha da cəsarətləndirirdi. Rəqibin oyun keyfiyyəti artırdı. Fasilədən sonra oyun tərzini dəyişməyə çalışdıq və bu da nəticədə özünü göstərdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button