Alkantara keçmiş klubuna geri dönə bilər

“Liverpul”un yarımmüdafiəçisi Tiaqo Alkantara “Barselona”ya keçə bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu dizindəki çarpaz bağı qoparan və 6 ay yaşıl meydanlardan kənarda qalan “Barsa”nın yarımmüdafiəçisi Qavinin əvəzləyicisi hesab olunur.

İspan oyunçu bu mövsüm “Liverpul”un heyətində heç bir oyun keçirməyib.

Alkantara əvvəllər “Bayern” və “Barselona”da çıxış edib. O, Kataloniya klubunun yetirməsidir. Futbolçu “Barsa”nın heyətində heyətində 100 oyun keçirib, 11 qol vurub və 20 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button