İskoya 2 illik müqavilə təklif edildi

“Real”ın yarımmüdafiəçisi İsko bu yay “Betis”ə keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Məlumata görə, “Betis” vingerə 2 illik müqavilə təklif edib.

Komandanın baş məşqçisi Manuel Pelleqrini futbolçunu “Malaqa”da birgə işlədiyi dövrdən tanıyır və buna görə də, İskonun keçidində maraqlıdır.

İskonun Madrid klubu ilə müqaviləsi bu ilin yayında bitir.

İsko “Real”ın heyətində 350 matçda 53 qol vurub və 56 məhsuldar ötürmə edib.