İquayn Premyer Liqaya qayıda bilər

“Yuventus”dan ayrılacağı gözlənilən Qonsalo İquayn yenidən İngiltərədə çıxış edə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın 4 klubu argentinalı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, “Fulhem”, “Aston Villa”, “Nyukasl” və “Vest Hem” İquaynın xidmətindən yararlanmaq niyyətindədir.

Qətər və MLS klublarından da İquaynla maraqlananların olduğu bildirilir.

“Yuventus”la müqaviləsi gələn yay başa çatacaq 32 yaşlı futbolçu, daha əvvəl İngiltərədə “Çelsi”nin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button