Dünyanın ən çox qazanan 5 məşqçisi

Ötən günlərdə “İnter”in baş məşqçi postundan ayrılan Simone İnzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə iki illik müqavilə imzalayıb.

Yeni iş yeri italiyalı mütəxəssisə yüksək gəlir vəd edir. O, hər mövsüm üçün 26 milyon avro məvacib alacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici ilə o, dünyanın ən çox qazanan məşqçiləri sırasında ikinci pillədə qərarlaşıb.

Hazırda yalnız “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin maaşı ondan yüksəkdir. Argentinalı çalışdırıcı Madrid klubunda mövsümə 34 milyon avro qazanır.

Ən yüksək maaş alanlar siyahısında üçüncü yerdə isə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yer alır. Onun illik maaşı 24,8 milyon avrodur.

İlk beşlikdə həmçinin, “Arsenal”dan Mikel Arteta (18,7 milyon avro) və “Əl-Nəsr”in çalışdırıcısı Stefano Pioli (15,5 milyon avro) də var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button